İngiltərə Premyer Liqasının 18-ci turunda “Sauthempton” “Brentford”u qəbul edib.

Qonşu pillələrdə qərarlaşan komandaların görüşü diqqət cəlb edib. İlk hissədə 3 qol vurulub. Meydan sahiblərindən Yan Bednarek hesabı açıb. Qonaqlardan Vitali Janet tarazlığı bərpa etsə də, komanda yoldaşı Alvaro Fernandes avtoqol müəllifi olub -  2:1. Fasiləyə üstün yollanan “Sauthempton” ikinci yarıda daha 2 dəfə rəqibini mərkəzə dəvət edib. Armando Broya və Çe Adams fərqlənib. Yekunda 4:1 hesabı ilə qalib gələn “Sauthempton” 24 xalla 11-ci pillədədir. 23 xalı olan “Brentford” 13-cüdür. Yarış cədvəlinə 53 xalla “Mançester Siti” başçılıq edir.